İnterpolun saxladığı rektor sərbəst buraxıldı - Yenilənib

5 Oktyabr 2015 18:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya R. Əliyev özü məlumat verib. Onun sözlərinə görə, İnterpolun müraciəti əsasında alman polisi onu saxlayaraq ifadəsini alıb: "Bir neçə saat polisdə ifadə verdim. Onlar gördülər ki, mən cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar".

***
15:13
Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.

AzNews.az xəbər verir ki, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri "Facebook" sosial şəbəkəsində məlumat yayıblar.

Onlar bildiriblər ki, R.Əliyev bu gün İnterpolun əməkdaşları tərəfindən öz ofisində saxlanılıb və Almaniyanın Nürnberq həbsxanasına aparılıb.

Qeyd edək ki, R. Əliyev bu ilin may ayında Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir.

AzNews.az