Kataniyada Azərbaycanın fəxri konsul təyin edildi

5 Oktyabr 2015 19:11 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, D.Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.