Kikboksinq federasiyası iş adamlarını - Mükafatlandırdı

5 Oktyabr 2015 20:53 (UTC+04:00)

İş adamlarının mükafatlandırmasında AKF-nin prezidenti, millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov, baş katibi Oruc Məmmədli, gənclər və yeniyetmələr üzrə yığma komandanın baş məşqçisi Ehram Məcidov, kişilərdən ibarət yığma komandanın baş məşqçisi Elşən Abdülrəhimov, mill komandanın rəisi Sadıq Bağırov, idarə heyətinin üzvləri Tofiq Eyvazov, Famil İsmayılov iştirak ediblər.
AKF-nin prezidenti Adil Əliyev mükafata layiq görülən şəxslərin bu idman növünün inkişafına daima dəstək olduqlarını qeyd edərək, onlara öz təşəkkürünü çatdırıb.
A.Əliyev göstərilən dəstəyin sağlam nəsilin yetişməsinə böyük rol oynadığını diqqətə çəkib.

İş adamları idmançılara dəstək olduqlarına görə, qürur duyduqlarını və hər zaman idmançıların yanında olacaqlarını diqqətə çatdırıblar.