Daha bir vəkil deputatlığa namizəd oldu

6 Oktyabr 2015 10:58 (UTC+04:00)


AzNews.az report-a istinadən xəbər verir ki, A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılıb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

20 saylı Nərimanov ikinci seçki dairəsində 8 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir.

Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəddir.