Bakıda toyda şok olay – Gəlinin keçmiş qayınanası restorana gəldi, qızı boğmaq istədi

6 Oktyabr 2015 11:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, toyun ortasında gəlinin əvvəlki adaxlasının anası "intiqam" almaq üçün çağırılmadan məclisə təşrif buyurub. Onun bu gəlişi hər iki tərəfdə çaşqınlıq yaradıb.

Belə ki, gəlinin sabiq adaxlısının anası onun oğlu ilə birlikdə olduğu şəkillərini bəyin qarşısına qoyub. Onun bu hərəkəti bəyi özündən çıxarıb. Evləndiyi qadının illər öncə başqası ilə çəkilmiş şəkillərini görən bəy masanın üstündəki boşqabları keçmiş qayınanaya tərəf atıb.

Bəyin bu hərəkəti ortalığı bir az da qızışdırıb. Toya dəvətsiz gələn qadın gəlinə hücum çəkərək saçını yolub və boğmağa başlayıb.

Hadisəni belə görən qonaqlar araya girərək hər iki tərəfi sakitləşdirib.

Nəticədə keçmiş qayınana şəkilləri ilə birlikdə zaldan bayıra atılıb. Bundan sonra toy davam edib.

AzNews.az