AMİP sədri seçkidə iştirakdan imtina etdi

6 Oktyabr 2015 12:43 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsinin sədri məlumat verib. Onun sözlərinə görə, Y.Bağırzadə namizədliyinin qeydə alınmaması üçün DSK-nın sədrinə ərizə ilə müraciət edib: "Oktyabrın 2-də özü ərizə verib, lakin qeydə alınmaqdan imtina edib".

Xatırladaq ki, 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Pərvin Kərimzadədir.

Bahar RÜSTƏMLİ
AzNews.az