Bu şəxsləri işə götürənlərə - Sərt cəza

6 Oktyabr 2015 13:15 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcəklər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.