YAP-ın seçki şüarı bəlli oldu – Aydın Mirzəzadə son hazırlıqlardan danışır

7 Oktyabr 2015 15:02 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında partiyanın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. Aydın Mirzəzadənin sözlərinə görə, partiya oktyabrın 9-dan ciddi şəkildə seçkiqabağı təşviqat təbliğat kampaniyasına start verəcək: "Artıq təbliğatla bağlı hazırlıq işləri gedir. Demək olar ki, partiyanın bütün ərazi təşkilataları üzrə təbliğat qrupları yaradılıb. Yəni tək bizim namizədlərimiz deyil, eyni zamanda ərazi partiya təşkilatlarının təbliğat qrupları da seçicilər arasında iş aparacaq. Eyni zamanda bütün seçki dairələri üzrə qeydə alınmış namizədlərimizin seçicilərlə görüş qrafikləri tutulub. Görüşlər yerli icra hakimiyyətlərinin ayırdıqları yerlərdə olacaq. Həmçinin ayrı-ayrı kvartallarda da görüşlərimiz keçiriləcək. Təbliğat zamanı mətbuatdan və internet resurslarından da istifadə etmək fikrindəyik. Bizim təbliğatımız həm ümumi partiya, həm də namizdələrimiz təbii keyfiyyətləri üzərində qurulacaq. Demək olar ki, namizədlərimizin bir qismi artıq dairələrlə tanışdır. Onların təbliğatı özünü tanıtmış və təsdiq etmiş namizədin təbliği kimi gedəcək. Yeni olan namizədlərimizi isə seçicilərə daha çox tanıtmalı, seçicilərin onlara səs verəcəkləri təqdirdə onların problemlərinə hansı şəkildə diqqət yetirmələri xüsusi vurğulanacaq. Həmçinin deputatlığa namizədlərimizin özləri seçki təbliğatının texnologiyası haqda, seçicilərə və digər namizədlərə hörmətin yanaşılması, eyni zamanda onların digər namizədlərdən fərqinin nədən olmasının əsas aspektləri haqda məlumatlandırıblar".

Şöbə müdiri partiyanın proqramının da hazırlandığını qeyd edib: "Partiyanın seçki proqramı bukletlər şəklində çap olunub. Oktyabrın 9-dan sonra seçicilərə paylanılacaq".

Qeyd edək ki, YAP-ın irəli sürüdüyü bütün namizədlərin hər biri qeydə alınıb.

Sevinc Yasinqızı