Əfsanəvi futbolçu ağır xəstəliyə tutulub

7 Oktyabr 2015 22:51 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, dahi futbolçunun xəstəliyi ilə bağlı məlumatı "Bavariya"nın rəhbərliyi də təsdiqləyib. Klubun icraçı direktoru Karl-Hayns Rummeniqqe bildirib ki, Herd Müller dünya futbolunun əfsanəsidir və onun Almaniya millisi, "Bavariya" qarşısında xidmətləri misilsizdir.

Noyabrın 3-də dahi futbolçunun 70 yaşı tamam olacaq. Lakin onun xəstəliyi ilə əlaqədar rəsmi yubiley mərasimi təşkil edilməyəcək. Hazırda o, həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, Gerd Müller karyerası ərzində "Bavariya"da 13 kubok qazanıb. Futbolçu 585 oyunda 533 qola imza atıb. Millinin heyətində isə dünya və Avropa çempionu olub.