Sədri olmayan partiya qurultaya hazırlaşır

8 Oktyabr 2015 12:30 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev məlumat verib. Onun sözlərinə görə, qurultayla bağlı partiyanın Mərkəzi Şurası qərar verməlidir: "Qurultayla bağlı bütün hazırlıqlar yekunlaşıb. Təkcə qurultayın günü ilə yeri qalıb. Bu isə partiyanın nizamnaməsinə görə, Mərkəzi Şuranın səlahiyyətindədir".

E.Mustafayev qeyd edib ki, qurultayda partiyaya yeni sədr seçiləcək. Katib onu da vurğulayıb ki, Y.Bağırzadə partiya sədrliyindən istefa versə də hələ dünəndən sözügedən quruma gəlməyib.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə oktyabrın 7-də istefa verdiyini açıqlayıb. O, qəfil gedişinin səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

Bahar RÜSTƏMLİ
AzNews.az