Mais Məmmədova ağır cavab: “O ağsaqqala deyən yoxdur ki...”

8 Oktyabr 2015 14:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu "Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov öz "Facebook" hesabında yazıb.

O, qeyd edib: "O ağsaqqala niyə deyən yoxdur ki, sənin 55 illik televiziya təcrübəndə öyrəndiklərin "Sən tək deyilsən", "Adam içində", "Komedi.az", "Bu da bu" kimi verilişləri ortaya qoymaqdan, efirdə söyüş söyməyə, qeyri-etik ifadələr işlədilməsinə haqq qazandırmaqdan o yana deyilsə və hələ də senzura ilə hüquqi tənzimləməni bir-birindən fərqləndirə bilmirsinizsə, ictimaiyyətin narazılığına səbəb olan ciddi efir məsələlərinə "xoşuna gəlmir, baxma" kimi bəsit məntiqlə yanaşırsınızsa, MTRŞ-nın yaradıcı deyil, hüquqi tənzimləyici qurum olmasını və bu qurumun fəaliyyətinin əsas funksiyasının teleradio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaqdan ibarət olduğunu və orada çalışanların peşəkarlığının yaşla, stajla deyil, məhz bu işləri necə icra etməsi ilə, yəni başla ölçüldüyünü bilmirsinizsə, heyif o illərdən".

Qeyd edək ki, ANS" Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov mətbuata açıqlamasında MTRŞ sədrinin bütün telekanalların bir-birinə bənzəməsini istədiyini deyib. "Nuşirəvan Məhərrəmli çox şey deyə bilər. Onun istəyi budur ki, bütün telekanallar bir-birinə oxşasın. Bu, düzgün deyil. Onun televiziyadan anlayışı yoxdur. Bunu əməkdar jurnalist Mais Məmmədov deyir. 78 yaşım var, jurnalistikanı əzbər bilirəm. O isə təsadüfi adamdır, gəlib nə istəyir deyir, nə istəyir əmr edir. Nuşirəvan Məhərrəmli Azərbaycan televiziyasına nə verəcək, mən bilmirəm".

Sevinc Yasinqızı