“Herostatı unudun” - Premyera

8 Oktyabr 2015 16:45 (UTC+04:00)

Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətindən məlumat verilib. Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov və başqaları çıxış edirlər.

AzNews.az