Nazir yüksək rütbəli məmuru işdən çıxardı - Rəsmi (Yenilənib)

8 Oktyabr 2015 17:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qafqazinfo-nun əld etdiyi məlumata görə, nazirin sərəncamı ilə Biləsuvar rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Xalid Rüstəmov vəzifəsindən xaric edilib.

Qeyd edək ki, nazirin daha əvvəl Xalid Rüstəmova işində yol verdiyi nöqsanlara görə xəbədarlıq etdiyi deyilir.


***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev faktı AzNews.az-a təsdiqləyib.