Ramil Usubov deputatın işdən çıxarılan oğluna vəzifə verdi (yenilənib)

9 Oktyabr 2015 10:50 (UTC+04:00)

AzNews.az-ın report-a istinadən xəbərinə görə, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.
Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov "Min bir gecə" istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

***
Daxili işlər orqanlarından "Report"a bildirilib ki, əslində, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə deyil, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.