Meteohəssas insanlara xəbərdarlıq - Xəzri küləyi güclənəcək

9 Oktyabr 2015 14:19 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Nazirlik meteohəssas insanlara da xəbərdarlıq edib. Məlumata görə, sabah Abşeron yarımadasında gündüz xəzri küləyinin güclənməsi bəzi meteohəsas insanlarda narahatlıq yaratsa da, oktyabrın 11-12-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.