Nobel Sülh mükafatının qalibi açıqlandı

9 Oktyabr 2015 14:58 (UTC+04:00)
AzNews.az-ın Nobelin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Tunisdə 2011-ci ilin yanvarında "Yasəmən" inqilabından sonra "Tunisdə milli dialoq kvarteti" ölkədə demokratiya və plüralizmin yaradılmasında göstərdikləri xidmətlərə görə bu mükafata layiq görülüblər.

Mükafatlar Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü dekabrın 10-da Stokholmda keçiriləcək mərasimdə veriləcək.

Sevinc Yasinqızı