Rəis Zeynəb Xanlarovanın gəlini ilə bağlı açıqlama verdi

9 Oktyabr 2015 15:10 (UTC+04:00)


AzNews.az xəbər verir ki, o, criminal.az-a açıqlamasında bildirib ki, onun heç kimlə münaqişəsi olmayıb: ``Heç mən Zeynəb Xanlarovanın gəlinini tanımıram. Belə bir hadisə olmayıb, bölməyə heç kim gətirilməyib. Bilmirəm belə məlumatları kim və hardan uydurur. Bir müddət əvvəl də yazmışdılar ki, Anar Şıxəliyev xidməti avtomobilində Kamaz-ın altına girib``.

Qeyd edək ki, A.Şıxəliyev ötən il öz avtomobilində bıçaqlanmışdı. O, dostunun "Mercedes Galenvagen" markalı avtomobili ilə Xutor qəsəbəsində "avtoş"luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə, cavanlardan biri ona bıçaq xəsarəti yetirib.