Türkiyə Ermənistana əsgər göndərir

9 Oktyabr 2015 15:16 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada qeyd olunub. Türk əsgəri Ermənistana Avropa Şərti Silahlı Qüvvələr Müqaviləsi əsasında gedəcək. Heyət Ermənistanda üç gün qalacaq.

Baş qərargahın elanı: "Avropa Şərti Silahlı Qüvvələr Müqaviləsi çərçivəsində, Türkiyənin rəhbərliyi ilə oktyabrın 11-dən başlayaraq Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Razılaşmaya görə, həmin nəzarət qrupunda Slovakiyadan olan əsgərlər də iştirak edəcək. Türk əsgərləri oktyabrın 14-də geri qayıdacaq".

Sevinc Yasinqızı