İran generalı Suriyada öldürüldü

9 Oktyabr 2015 16:55 (UTC+04:00)


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, general-mayor Huseyn Hamdani Hələbdə öldürülüb.

"General-mayor, İran inqilabının sərkərdəsi Huseyn Hamdani dünən gecə Suriyanın şimalında Hələb şəhərinin kənarında öldürülüb", - agentlik yazır.

Daha öncə İranın xarici işlər naziri Mohammad Cavad Zərif Suriyada yalnız İran hərbi müşavirlərinin olduğunu bildirmişdi.