Millimiz darmadağın edildi

9 Oktyabr 2015 23:50 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yığmamız səfərdə Avstriya ilə üz-üzə gəlib.

Belə ki, Yaşar Vahabzadənin yetirmələri rəqibə biabırçı hesabla məğlub olub – 0:7. Bildirək ki, ötən ay bu komandalar arasında Bakıda keçirilən oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, millimiz yeganə qələbəsini səfərdə Farer Adaları üzərində qazanıb.