Ramil Usubovdan ciddi kadr dəyişikliyi - General işdən çıxarıldı (Yenilənib)

10 Oktyabr 2015 12:57 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bir müddət əvvəl dünyasını dəyişib.


***

Artıq Sumqayıt şəhər Polis İdarəsinin yeni rəisinin kimliyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sahib Mirzəyevi Yasamalın rəisi Əkbər İsmayılov əvəzləyib.

Qeyd edək ki, Əkbər İsmayılov əvvəl də Sumqayıt şəhər Polis İdarəsinin rəisi olub.