“Mersedes“ aşdı - 1 ölü, 4 yaralı

10 Oktyabr 2015 19:24 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Mersedes" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.