“Üstüm insan parçaları ilə doldu” - Millət vəkilləri faciədən danışdı

11 Oktyabr 2015 10:48 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkilləri "Milliyet" qəzetinə faciə anları barədə danışıb:

" Partlayış başverən ərazidə idik, Üstüm insan parçaları ilə doldu. Havada bir qolun uçduğunu gördüm. Halbuki hər şey çox gözəl idi. İnsanlar halay çəkirdi, sülhlə əlaqədar mahnılar söyləyirdi. Bu alçaqca işlənən bir qırğındır".

Sirri Süreyya Önder də partlayış zamanı 20 ölən insanı gözüylə gördüyünü ifadə edib:

"Biri zəif, biri qüvvətli iki partlayış eşitdik. Hər tərəf cansız bədən və qopmuş üzvlərlə dolu idi. 20 ölən insanı gözümlə gördüm. Sürətlə partlamanın olduğu yerə döndüyümüzdə polisin kütləyə qaz sıxdığını gördük. Onları dayandırdıq. Hər tərəf cansız bədən və qopmuş üzvlərlə dolu,əllər, ayaqlar ... "