İlham Əliyev İspaniya Kralını təbrik etdi

11 Oktyabr 2015 11:27 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm."