“Ermənistanı məğlub edəcəyimizə inanıram”

11 Oktyabr 2015 20:55 (UTC+04:00)

AzNews.az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, o, bunları deyib:

"Mən Albaniya yığması ilə Yerevana gəlmişəm. Amma təəssüf ki, meydana çıxa bilməyəcəyəm. Yığmamızın Serbiya ilə son oyununda sarı vərəqə aldım. Bu, seçmə mərhələdə aldığım üçün sarı vərəqə idi. Eşitmişəm ki, kimlərsə bu sarı vərəqəni qəsdən aldığımı iddia edir. Bu, düzgün deyil. Mən ermənilərə qarşı oynamaqdan qorxmuram. Sadəcə, son oyunda belə alındı.

Ermənilərin mənim "Qarabağ"da oynamağımdan xəbərdar olub-olmadığını bilmirəm. Bu, məni maraqlandırmır da. "Qarabağ"ın futbolçusu olduğum üçün fəxr edirəm. İndi yığma komandamızla birlikdəyəm və Ermənistanı məğlub edəcəyimizə inanıram. Bu oyun bizim üçün çox vacibdir. Bir növ finala bərabər qarşılaşmadır. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ona görə də bu gün Ermənistana qalib gələcəyimizə inanıram".

Aqolli bu günün onun üçün önəmindən də söz açıb: "Bu gün mənim ad günümdür. Əminəm ki, komanda yoldaşlarım mənə qələbə hədiyyə edə biləcəklər".

"Qarabağ"ın müdafiəçisi Azərbaycan yığmasının ötən gün İtaliyaya 1:3 hesabıyla uduzmasına da münasibət bildirib: "Bu oyuna baxa bilmədim. Çünki həmin vaxt məşqdə idik. Təəssüf ki, Azərbaycan yığması bu oyunda uduzdu".

Qeyd edək ki, Albaniya yığması I qrupunda 11 xalla üçüncü pillədə qərarlaşıb.