Avtomobil oğrusu tutuldu

12 Oktyabr 2015 13:22 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt şəhərində Xaçmaz rayon sakini Pərviz Şamilova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəhər sakini Vüqar Mirzəyev tutulub.