Daha bir müstəqil teatr yaradıldı - ADO

12 Oktyabr 2015 17:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ADO adlı teatrın rəhbəri Elmin Bədəlovdur. Onun sözlərinə görə, yeni teatrın açılışı yaxın günlərdə olacaq: "Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq".



E.Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: "ODA Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən ODA-ya da alternativ olacaq. Çünki bu teatrın öz xətti, özünəməxsus tamaşaları olacaq ki, bu da Azərbaycanda bir ilkdir. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində olacaq. Biz qabaqcadan elan edirik ki, ADO-ya gələnlər istənilən hadisə ilə qarşılaşa bilərlər. Yeni teatr yaratmaqla ölkədə müstəqil teatr ənənəsi formalaşdırmaq istəyirik. İndi artıq təkcə ODA yox, onunla bərabər ADO teatrı olmaqla ölkədə 2 müstəqil teatr olacaq. Həm də müstəqil teatrlar arasında yaxşı bir rəqabət olacaq ki, bu eləcə də ODA-nın inkişafına da kömək olacaq".

Bahar RÜSTƏMLİ