Aynar həbs xəbərindən danışdı: “İki nəfər kafeyə gəlib…”

12 Oktyabr 2015 18:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, deputat Elton Məmmədovun oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir:

"Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər".

Maraqlıdır ki, Aynar özü hadisəni təsdiqləsə də, atası Elton Məmmədov "Turan"a açıqlamasında sözügedən xəbəri təkzib edib:

"Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir".