“Azərbaycan 2040-cı ilədək ixrac edəcəyi qazı artıq satıb“- Nazir müavini

12 Oktyabr 2015 19:06 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov "Rambler. Xəbərlər" portalına açıqlamasında bildirib.

Nazir müavininin sözlərinə görə, bunun səbəbi Azərbaycanın əlavə qaz həcminə malik olmamasıdır: "Azərbaycan 2040-cı ilədək hasil edəcəyi və ixrac üçün nəzərdə tutulan qazı artıq satıb. Əgər əlavə qazımız olsaydı, biz onu daxili tələbata yönəldərdik".