Ziya Məmmədovun əmisi oğlu da vəzifəsindən çıxarılır?

12 Oktyabr 2015 23:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov artıq üç gündür işə çıxmır.

Məlumatı verən mənbə qeyd edib ki, Mənsur Məmmədov icra başçısı vəzifəsindən azad olunacağı barədə sərəncamı gözləyir.

Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. İndiki vəzifəsinə qədər Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.