Türkan Şoray nadir xəstəliyə yoluxdu

13 Oktyabr 2015 00:19 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Metabolik Cərrahiyyə Vəqfının gecəsinə qatılan Türkan Şoraysağlamlığıyla əlaqədar şərh bildirib.

Sənətçi "Cushing" sindromuna tutulduğunu etiraf edib:

"Bədənimdə maddələr mübadiləsi fərqli çalışır. Bir il əvvəl bu sindroma yoluxdum. Bu nadir xəstəlik məni tapdı".

Xatırladaq ki, "Cushing" sindromu tez-tez qadınlarda rast gəlinən kişiyə xas görünüş, kilo alma, qan şəkərinin yüksək olması şəklində ortaya çıxan bir xəstəlikdir. Böyrək üstü vəzlərdə kortizol adlı hormon istehsal olunur.