Nazpəri Dostəliyeva hesabat verəcək - Açıqlama

13 Oktyabr 2015 12:14 (UTC+04:00)

Bu barədə AzNews.az-a onun özü məlumat verib. N.Dostəliyevanın sözlərinə görə, bu mövsümdə tamaşaçılarına təqdim edəcək layihələri var: "Yaradıcılıq işləri ilə bağlı böyük planlar və layihələrim var. Onların əksəriyyəti tamamlanıb, bəzilərinin isə üzərində işləyirəm. Düşünürəm ki, bu barədə mətbuata məlumat verməliyəm. Odur ki qərara almışam gələn həftəni mediaya həsr edim".

N.Dostəliyeva səhhəti ilə bağlı yayılan məlumata da aydınlıq gətirib: "Çox yaxşıyam. Səhhətimdə heç bir problem yoxdur. Bir balaca yuxusuz idim, mən də yatmaq üçün yuxu dərmanı atdım. O da pis təsir edib".


Bahar
AzNews.az