Üç avtomobil toqquşdu - Yaralılar var

13 Oktyabr 2015 20:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini və "Opel"in sürücüsü ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.