Azərbaycan və Dağıstan sərhədində buraxılış məntəqəsi bağlanır

13 Oktyabr 2015 23:24 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə RİA "Daqestan"a Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Bu qərar buraxılış məntəqəsinə bitişik ərazidə abadlıq işlərinin aparılması zərurəti ilə əlaqədar qəbul edilib. Məntəqənin fəaliyyəti oktyabrın 15-dən müvəqqəti olaraq dayandırılacaq. Məhdudiyyət müddəti 25 təqvim günü müddətində davam edəcək", – deyə agentliyin həmsöhbəti bildirib.