“Qarabağ”da növbəti ciddi itki

14 Oktyabr 2015 16:43 (UTC+04:00)


Qol.Az-ın məlumatına görə, Medvedyev milli komandamızın heyətində Bolqarıstanla görüş zamanı ayağından zədə alıb.

O, matçın 62-ci dəqiqəsində əvəzlənməli olub.

Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, 26 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçəcək. Bundan sonra onun durumuna tam olaraq aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ"ın daha bir aparıcı futbolçusu Reynaldo isə dizindən zədələnib. Həm Maksim, həm də Reynaldo bu həftə Premyer Liqanın 8-ci turunda "Zirə", oktyabrın 22-də isə Avropa Liqasının qrup mərhələsində "Monako" ilə keçiriləcək görüşü buraxa bilər.