“Nizami”də eskalatorlardan biri bağlandı
14 Oktyabr 2015 17:14 (UTC+04:00)
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən AzNews.az-a verilən məlumata görə, 2015-ci ilin təmir planına uyğun olaraq, stansiyanın 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır.
Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır. 1 saylı eskalator 2016-cı il fevral ayının 10-da yenidən istismara veriləcək.
Sevinc Yasinqızı