“Qəbələ“ “Kəpəz“ə uduzur - VİDEO

1 Noyabr 2015 22:43 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Kəpəz"i qəbul edib. 30-cu dəqiqədən oynanılan qarşılaşma Gəncə təmsilçisinin xeyrinə başa çatıb.

Qollar: Aleksandr Sitnik, 2 (0:1), Fakundo Pereyra, 69 (1:1), Dario Federiko, 90+4 (1:2)

Xatırladaq ki, ötən gün keçirilən görüş qatı duman səbəbindən 30-cu dəqiqədə yarımçıq saxlanmışdı.

Beləliklə, "Qəbələ" artıq üç oyundur qələbə qazana bilmir. "Kəpəz" isə beş oyundur uduzmur.