“Qəbələ” “İnter”lə bərabərə qaldı

9 Noyabr 2015 20:52 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - Aleksey Antonov fərqlənib. 5 dəqiqə sonra Dieqo Martins hesaba tarazlıq gətirib. Oyunda başqa qol qeydə alınmayıb - 1:1.

Beləliklə, "Qəbələ" 12 oyundan 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "İnter" 20 xalla 4-cüdür.

Turun digər oyunlarının nəticələri:

"Zirə" – "Sumqayıt" - 3:2
AZAL – "Kəpəz" - 1:1
"Neftçi" – "Rəvan" - 2:3
"Xəzər Lənkəran" – "Qarabağ" - 0:1