Türkan Şoray Azərbaycana gəlir

20 Noyabr 2015 16:02 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, aktrisa Nizami Kino Mərkəzində keçiriləcək Qala–gecənin qonağı olacaq. O, noyabrın 26–da keçiriləcək "Uzaqlarda Arama" filminin qala–gecəsinə qatılacaq.

Rejissorluğu Türkan Şoraya, ssenari müəllifliyi Onur Ünlüyə aid olan film dramatik komediya janrında lentə alınıb.

Rollarda Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər.