İki jurnalistə hökm oxundu - 5 il

25 Noyabr 2015 21:56 (UTC+04:00)
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Şahin Orucov "Kriminal və Bəşəriyyət" qəzetinin təsisçisi, Cəlil Səmədov isə "Korrupsiya və Qanun" qəzetinin baş redaktorunun müavini işləyiblər.

İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən "Metalurq" adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər və həmin kafeyə gedərək, video görüntülər çəkiblər.

Daha sonra onlar həmin kafenin sahibi ilə görüşərək, çəkilişləri yaymamaq müqabilində 5000 manat pul tələb ediblər. Zərərçəkənin şikayəti əsasında şübhəli şəxslər saxlanılıblar.

İbtidai istintaqın gedişatında onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar və məhkəmə zalında həbs olunublar.