Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir

26 Noyabr 2015 11:10 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.

APA.az