Elşad Miridən sensasion açıqlama: “Qadınlar başıaçıq namaz qıla bilər”

26 Noyabr 2015 13:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, ölkə.az saytına müsahibəsində bildirib ki, qadınlar başıaçıq namaz qıla bilər: "Başını örtür, deyir Allahın qarşısındayam. Adama deyərlər, başını açanda Allahın qarşısında deyilsən? Adam var ki, namaz vaxtında deyirsən, gəl namaz qılaq, deyir baş örtüm yoxdur. Qadın başıaçıq namaz qıla bilər".

E.Miri hesab edir ki, islamda paltarın olmasa da örtünüb namaz qılmaq olar və bu səbəbləri göstərərək namaz qılmağı çıxılmaz vəziyyətə salmaq olmaz.

AzNews.az