Romada qədim dövrə aid yeraltı otaq tapıldı - 2 min yaş

28 Noyabr 2015 09:00 (UTC+04:00)

"Amerika Arxeologiya İnstitutu" jurnalının verdiyi məlumata görə, fresklərlə bəzədilmiş və suvanmış otaq vaxtilə İtaliyada Horti Lamiani və ya Lamian bağçaları kimi tanınan ərazidəki evin bir hissəsi olub. O dövrdə imperiya əmlakına çevrilən bu bağça illər sonra bir sıra heykəltəraşlıq nümunələrinin, fresklərin və arxeoloji tapıntıların qorunub saxlandığı muzey kimi fəaliyyət göstərməyə başlayıb.

İtaliya arxeoloqları deyirlər ki, küçənin altında qədim dövrə aid otaq tapmaq nadir hallarda rast gəlinən hadisədir.

AZƏRTAC.az