“Sumqayıt“ AZAL ilə bacarmadı - 0:2

28 Noyabr 2015 16:50 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, AZAL "Sumqayıt"ı qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar. 20-ci dəqiqədə Murad Səttarlı hesabı açıb. 84-cü dəqiqədə isə Ruslan Nəsirli oyunda son nöqtəni qoyub - 2:0.

Beləliklə, xalını 12-yə yüksəldən AZAL "Sumqayıt"a çatıb.