“Aygündən “Xalq artisti” adı alınmalıdır”

Sosial şəbəkələrdə xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasında yaşanan qalmaqal uzanmaqda davam edir.

Xanım müğənnilərin sosial şəbəkədə bir-birilərini təhqir etməsini şərh edən millət vəkili Nizami Cəfərov modern.az-a saytına açıqlamasında deyib ki, həmin müğənnilərin "Xalq artisti" adları əllərindən alına bilər.

Deputatın sözlərinə görə, məsələ ilə bağlı Milli Məclisə və ya digər müvafiq qurumlara müraciətlər olarsa, əlbəttə, o müraciətlərə baxılacaq: "Mümkün ola bilməz ki, belə müraciətlərə baxılmasın, laqeyd yanaşılsın və bu cür qarşılıqlı ittihamlar, təhqirlər də cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir etsin. Buna axıra kimi dözmək mümkün olmayacaq".

Deputatın bu sözləri ilə bağlı AzNews.az-a danışan B.Dadaşovanın mətbuat xidmətinin rəhbəri Seymur Zəkərəyev deyib ki, xalq artistinin sosial şəbəkədəki mesajında heç bir təhqiramiz ifadə olmayıb: "Bunun Brilliant xanıma heç bir aidiyyəti yoxdur. Şəkili qoyan, təhqiramiz sözlər yazan Aygün Kazımova olub. Buna görə, əgər belə bir hadisə baş verərsə, onda "Xalq artisti" titulu Birlliant xanımdan yox, A.Kazımovadan alınmalıdır".

Bahar Rüstəmli
AzNews.az