Haqqımızda | Reklam | Əlaqə


31.10.2013  13:09 

Prezident qızını döydü, 18 məmuru işdən qovdu... və ağladı - TƏFƏRRÜAT



A+  A-

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova bu dəfə də “Forbes”in gündəminə gəlib. AzNews.az bildirir ki, jurnalda dərc olunan məqalədə G.Kərimovanın atası ilə münasibətləri və ambisiyaları haqqında maraqlı məqamlar yer alıb.


Xalaoğlunun iddiaları və həbs

Məlumata görə, son zamanlar prezidentlə qızı arasında baş verən xoşagəlməz hadisələrdə onların yaxın qohumu Əkbərəli Abdullayevin rolu böyük olub. Belə ki, 2013-cü ildə Özbəkistan xüsusi xidmət orqanları Ə.Abdullayev haqqında material toplayaraq prezidentə təqdim edib. Ə.Abdullayev prezidentin baldızı Tamara Sobirovanın oğludur. Onun öz xalası qızı G.Kərimova ilə yaxşı münasibətləri olub və G.Kərimova özü prezident olmayacağı təqdirdə atasından sonra Əkbərəlini prezident görmək istədiyini bildirib. Gülnarənin yaxın ətrafında səsləndirdiyi bu fikirlər çox keçmədən mətbuatda yayılıb. Bu xəbərlərdən sonra xüsusi xidmət orqanları Ə.Abdullayev haqqında material toplamağa başlayıblar. Sentyabrın sonunda Ə.Abdullayev barədə məlumatlar prezidentə təqdim edilib. İ.Kərimova məlumat verilib ki, Ə.Abdullayev onun kreslosuna iddialıdır və hər yerdə bu iddiasını dilə gətirməkdən, eyni zamanda Gülnarənin də onu dəstəkləməsindən çəkinmədən danışır. Bundan əsəbiləşən prezident Ə.Abdullayev barədə cinayət işinin açılması barədə tapşırıq verib. Bu tapşırıq dərhal yerinə yetirilir və Ə.Abdullayevə qarşı cinayət işi açılır.

Prezident qızı: “Mən sənə yubka geyindirəcəyəm”

Ə.Abdullayevin həbsi onun Dubayda olması səbəbindən gecikir. Onun ölkəyə qayıtmaması təhlükəsi vardı və xüsusi xidmət orqanları əməkdaşlarına onu ölkəyə qaytarmaq tapşırığı verilir. Xidmətin rəisi şəxsən Abdullayevlə telefon əlaqəsi yaradır və onu ölkəyə qayıtmağa çağırır. Abdullayev qayıtmaqdan imtina edəndə xidmətin rəisi Rüstəm İnayətov Gülnarə Kərimovaya müraciət edir. O, prezidentin qızını əmin edir ki, xalası oğlu qayıdacağı təqdirdə onu heç bir təhlükə gözləmir. G.Kərimova ona inanır və öz mobil telefonu ilə xalası oğluna zəng edərək onu Daşkəndə çağırır. O, heç bir təhlükənin olmadığı barədə xalası oğluna təminat verir. 10 oktyabrda Daşkəndə qayıdan Ə.Abdullayev elə həmin gün həbs edilir. Bu xəbər G.Kərimovanı dəhşətə salır. O, Rüstəm İnayətovu onu aldatmaqda ittiham edir və onun ünvanına söyüşlər işədir. Prezident qızının ona “Sən kişisən, yoxsa yox? Mən sənə yubka geyindirəcəyəm. Anladin?” deyə qışqırdığı bildirilir. Bu hadisədən sonra R.İnayətov oktyabrın 20-də prezident İslam Kərimovun qəbuluna düşmək üçün müraciət edir. Prezident tərəfindən qəbul edilən R.İnayətov baş verənləri danışır və G.Kərimovadan atasına şikayət edir. Hətta G.Kərimovanın onun kabinetinə gələrək əməkdaşların gözü qarşısında söydüyünü də prezidentə çatdırır. Həmçinin prezidentə qızının törətdiyi əməllərlə bağlı materiallar da təqdim edilir. Hətta prezidentə o da bildirilir ki. G.Kərimova xalası və xalası oğlunun rəhbəri olduğu müəssisələrdən 50-70 milyon dollar arası “haqq” alır. G.Kərimovanın dövlət büdcəsindən hər il «Art Week Style», «Qızıl Hepard” kimi tədbirlərin keçirilməsi üçün 16 milyon dollar mənimsədiyi, onun rəhbərlik etdiyi “Forum”un keçirdiyi tədbirləri “maliyyələşdirmək” üçün sahibkarlardan pul topladığı barədə məlumatlar da materiallarda yer alır. Sənədlərə əsasən G.Kərimovanın biznes-imperiyasına daxil olan «TV Markaz», «Forum TV», «NTT», «СофтС» telekanalları, «Zamin FM», «A’lo FM» и «Terra FM» radioları vergi ödəmir.

G.Kəriimova və xalası oğlu şəhərin küçələrində maşınla “avtoquliqanlıq” etdiyi də prezidentin diqqətinə çatdırılır. Qızının çılpaq şəkilləri prezidenti əsəbiləşdirib Prezident kiçik qızı Lola ilə Gülnarə arasında olan münasibətlər barədə də məlumatlandırılır. Prezidentə bildirilir ki, 10 ildir bir-biri ilə danışmayan hər iki qızı Qazaxıstanın tanınmış müğənnisi və cadugəri Atxambəy Yoldaşevin xidmətindən istifadə edir. Bunun müqabilində isə cadügər-müğənninin hər iki ölkədə konsertlərinin təşkilinə vəsait ayrılır. Prezidentin masasının üstünə G.Kərimovanın qərb mətbuatında dərc olunan çılpaq şəkilləri qoyulanda isə İ.Kərimov əsəblərini cilovlaya bilmir.


Nazirlər Gülnarə Kərimovaya görə toplandı

Həmin günün axşamı prezident iqamətgahında təcili iclas çağırılır. Baş prokuror Kadırov, daxili işlər naziri Mətləbov, baş nazir Mirzəyev, maliyyə naziri Əzimov və onun müavini Quskov prezidentin qəbuluna çağırılır. G.Kərimova barədə məlumatlar iclasda bir daha oxunur və prezident rəsmiləri bu barədə onu indiyə qədər xəbərdar etməməkdə günahlandırır. G.Kərimovanın bu əməlləri həyata keçirməsinə göz yuman bir neçə nəfərin vəzifədən azad edilməsi barədə tapşırıq verilir. 18 nəfər vəzifəsini itirir, onlardan bəzisi həbs olunur. G.Kərimovanın sahib olduğu telekanal və radioların fəaliyyətinin yoxlanması barədə tapşırıq verilir. Prezident onun adını daşıyan nəvəsi, G.Kərimovanın oğlu İslam Kərimovun bütün avtomobillərinin müsadirə edilməsi barədə də ciddi tapşırıq verir. Bütün bunlarla “ürəyi soyumayan” prezident iqamətgahdan çıxdıqdan sonra qızına zəng edərək onu yanına – Dürmən iqamətgahına çağırır. Bəzi məlumatlara görə, prezident bütün yol boyu əsəblərinə hakim ola bilməyib və qızının, həmçinin həyat yoldaşının ünvanına xoşagəlməz ifadələr işlədib.


Qızını döyən prezidentin göz yaşları

Qızını Dürmendəki iqamətgahda maşından çıxan yerdə “qarşılayan” prezident onu döyməyə başlayıb. “Məni bütün dünyada biabır etmisən. Çılpaq şəkillər çəkdirmək üçün jurnalistlərin qarşısında dayanırsan. Fikirləşmirdin ki, təkcə özünü yox məni, ananı, bütün ailəmizi biabır edirsən?” deyən prezidenti mühafizəçilər güclə sakitləşdirib. Bundan sonra bütün mühafizəçilər və qulluqçulardan onu tərk qoymağı tələb edən prezident binaya daxil olmayaraq bağda gəzişib. O, iqamətgaha ancaq gecə saatlarında daxil olub və bu zaman onu tərk etməyən mühafizəçisi prezidentin ağıladığını görüb...

Elnarə
AzNews.az


Xəbər 21184 dəfə oxunub.





Şərhlər (2)


SƏDA

BƏLİ!ALLAH HAQQINI POZANIN TALEYİ BELƏ POZULAR!ELİN ALLAH TƏRƏFİNDƏN HAMIYA GÖNDƏRİLMİŞ PAYINI QAMARLAYIB ÖZÜNÜNKÜLƏRƏ,AİLƏSİNƏ ATASINDAN QALMIŞ KİMİ GÖTÜRƏNDƏ,OĞURLAYANDA,BELƏDƏ BURNUNDAN GƏLMƏLİYDİ.İİNŞALLAH,BÜTÜN OĞURLUQ MİLYARDLAR BUYNUZA DÖNÜB O MƏMURLARIN DƏHŞƏTLİ YOLLARLA QARINLARINI CIRACAQ.QIZIL TEŞT MİLLƏTDƏN OĞURLAMAQLA TAPACAQLAR,AMMA İÇİNƏ QAN QUSACAQLAR!HEÇ VAXT OĞURLUQLA QAZANC XOŞBƏXTLİK GƏTİRMƏYİB,ƏKSİNƏ AZ-ÇOX OLAN HALAL NƏLƏRİ VARSA ONUDA YUYUB APARIB,ƏVƏZİNDƏ DƏRD MÜSİBƏT VERCƏK.DƏYƏRMİ


erebce

Qızının çılpaq şəkilləri prezidenti əsəbiləşdirib bu cümle sanki havada qalib; yaxud alt basliq olmali imis



Bölməyə aid digər xəbərlər

22.07.2014

Araz Ağalarovun gözəllər gözəli maliyyə direktoru - FOTOLAR

21.07.2014

Dünyanı güldürən görüntü -VİDEO

21.07.2014

Ziyansız nə qədər qəhvə içmək olar?

21.07.2014

“Kitayski ət“ də çıxdı- FOTOLAR

21.07.2014

Mavi qəsəbənin sirri- FOTOLAR

21.07.2014

10 milyona yox dedi- Tatlısəs

21.07.2014

Cəlilabadda ilginc hadisə- Su quyusu yandı

19.07.2014

Çimərliyi “işğal etdi“- 10 min arı

18.07.2014

Səni atmaq istəmirəm - Leyla Əliyeva

16.07.2014

Dünyanın ən şok fotoları

16.07.2014

Meşənin kralı məğlub oldu- VİDEO

15.07.2014

Bu döşəklərdə YATSAN... (Video)

15.07.2014

Bu görüntü dünya mətbuatının gündəminə düşdü

14.07.2014

Ölü uşaq tabutda dirildi- VİDEO

14.07.2014

Öküzlə selfi 4 min dollara başa gəldi

14.07.2014

Millət vəkilindən unikal addım - FOTOLAR

12.07.2014

Bələdiyyə sədri timsahla evləndi- Video

11.07.2014

Sabah nadir təbiət hadisəsi gözlənilir- VİDEO

11.07.2014

Dünya xalqlarının çay mədəniyyəti - MARAQLI

11.07.2014

İlanların dəhşətli köçü- VİDEO

22.07.2014  21:30 

Qara qutu ingilislərdə

22.07.2014  21:04 

5 məscid dağıdıldı- Qəzzada

22.07.2014  20:57 

Keçid balları aşağı salındı

22.07.2014  19:53 

Zakir Həsənov əmr verdi

22.07.2014  15:31 

Nazir uğur arzuladı

22.07.2014  14:49 

Ukraynada səfərbərlik elan olundu

22.07.2014  13:37 

İŞİD türkmənləri sürgün etdi

22.07.2014  13:18 

200 milyon avronu rədd etdi

22.07.2014  13:11 

Hava dəyişkən buludlu olacaq

22.07.2014  12:06 

Yük maşını yandı

BÜTÜN XƏBƏRLƏR +