AZAL yay qrafikinə keçir


"Azərbaycan Hava Yolları" (AZAL) QSC martın sonundan yay qrafikinə uyğun aviareyslərin həyata keçirilməsinə başlayacaq.

AZAL-dan AzNews.az-a verilən məlumata görə, martın 29-dan yay cədvəlinə əsasən, yaxın və uzaq xarici ölkələrə aviareyslər reallaşdıracaq.

Yay cədvəli ilə bağlı yeniliklər şirkətin saytında yerləşdiriləcək.

Amid
AzNews.az