Brilliant yayın gəlməsini gözləyir- FOTO


Xalq artisti Brilliant Dadaşova TRT-nin dəvəti ilə Ankaradadır.

AzNews.az saytı xəbər verir ki, bu barədə sənətçi özünün Facebook profilində yazıb. Dadaşova daha sonra fikrini belə davam etdirib:

"Sənət dostum Alixanla birlikdə Ankaraya getdik. Türkiyə vaxtıyla saat səkkizdə canlı oxudum. Dünyanın ən gözəl musiqiçisi-balaban ustamız da məni çox gözəl müşayiət etdi. Proqramdan çıxdıqdan sonra İpad-da Nigarın qızını gördüm bağımız və yaz havaları üçün darıxdım. Facebook dostlarım, yəqin ki, siz də artıq yayın gəlməsini səbrsizliklə gözləyirsiniz".

Qeyd edək ki, xalq artisti artıq neçə illərdir fəliyyətini həm də Türkiyədə davam etdirir.


İntiqam
AzNews.az