Cavanşir Məmmədovdan Flora Kərimovaya CAVAB

Xalq artisti Flora Kərimova dayısı oğlu, əməkdar artist Cavanşir Məmmədov barədə inanılmaz ittihamlar səsləndirib. Xalq artisti bildirib ki, onun anası C.Məmmədova çox kömək edib, hətta iki dəfə onu həbsdən qurtarıb. Amma bunun müqabilində Cavanşir Məmmədov onun anasının dəfnində iştirak etməyib.

Məsələ ilə bağlı AzNews.az saytı əməkdar artist Cavanşir Məmmədovla əlaqə saxlayıb. O, Flora Kərimovanın bu fikirlərindən xəbərsiz olduğunu bildirib və məsələyə qısaca cavab verib:

"Nə deyibsə, sağ olsun. Başqa heç nə demək istəmirəm".

Qeyd edək ki, C.Məmmədov Flora Kərimovanın doğmaca dayısı oğlu olsa da, çoxları bu barədə xəbərdar deyil.

İntiqam Valehoğlu
AzNews.az