Nazpəridən yalanla bağlı açıqlama

Xalq artisti Nazpəri Dostəliyeva "Günəbaxan" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni heç vaxt yalan danışmadığını deyib:

"Mənim bütün danışdıqlarım doğrudur. Yalanı şəxsiyyətimə sığışdırmıram. Bilsəm ki, yalan deməsəm, öldürəcəklər, yenə də razılaşmaram. Sağ qalmaq naminə belə yalan demərəm. Bunu ətrafımdakı məni tanıyan insanlar da bilir".

AzNews.az